Portuqaliyanın "Portu" klubu Martin Anselminin komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Teleqraf.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
39 yaşlı mütəxəssisin son komandası Meksika “Kruz Azul”u olub. Daha əvvəl isə o, həmçinin Çilinin "Yunion La Kalera" və Ekvadorun "İndependiente del Valle" klublarında çalışıb.
Qeyd edək ki, "Portu" ötən həftə baş məşqçi Vitor Brunonu istefaya göndərib.