İngiltərənin "Mançester Yunayted" klubunun azarkeşləri UEFA Avropa Liqasının VIII turunda FCSB-ə qarşı təxribatçı pankart nümayiş etdiriblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə yanvarın 30-da ingilislərin Avropa Liqasının son oyununda Rumıniyanın FCSB-ni 2:0 hesabla məğlub etdikləri görüşdə baş verib.
Ötən həftə Azərbaycana səfər etmiş rumınlara qarşı öz meydanlarında “FCSB is not Steaua” yazılmış pankart nümayiş etdirilib.
Xatırladaq ki, 1986-cı il Avropa çempionunun varisi kimi 2-ci liqadan olan komandaya baxılmaqla “Styaua”nın xeyrinə həll olunub. Hazırki FCSB isə iddia edir ki, əsl varis özləridir.
Qeyd edək ki, Rumıniyanın FCSB klubu UEFA Avropa Liqasının VII turunda “Qarabağ”ı 2:1 hesabla məğlub edib. Turnir cədvəlində 11-ci pillədə yer alan rumınlar pley-off-a vəsiqə qazanıb.