Bu ilin 10-12 avqust tarixlərində Hacıqabul, Lənkəran, Gəncə, Şəmkir, Quba və Sumqayıt şəhərlərində vergi ödəyiciləri ilə görüşlər keçirilib.
Vergilər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşlərdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi orqanları tərəfindən ötən dövr ərzində aparılan islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar barədə məlumat verib.
Qeyd edilib ki, görülən işlər nəticəsində 2016-cı ilin ilk yarımilliyi ərzində dövlət büdcəsinə vergi daxilolmalarının ümumi məbləği 3190,1 milyon manat, o cümlədən qeyri-neft sektoru üzrə 2495,4 milyon manat (78,2%) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 9,7 % artımı deməkdir.
İlhamə ƏBÜLFƏT