12 Aprel 2017 09:31
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, dəyişiklik Gömrük sisteminin inkişaf fondunun vəsaitinin xərclənməsi qaydası ilə bağlıdır.

İndiyə qədər Gömrük inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənib. Dəyişikliyə əsasən bundan sonra həmin vəsaitin 60 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənəcək.


Müəllif: