Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyarda çatdı
3 Avqust 2017 16:57
763
2017-ci ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 870,2 milyon dollar (21 faiz) artaraq 5033,1 milyon dollara çatıb.
Bu barədə Teleqraf.com Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Bir ay ərzində bankın valyuta ehtiyatları 69 milyon dollar (1,4 faiz), ilin əvvəlindən isə 1058,7 milyon dollar (26,6 faiz) artıb.