Çin avtomobil istehsalçısı Great Wall Motor Co'nun nümayəndəsi şirkətin “Fiat Chrysler Automobiles'”ə (FCA) ortaq olmaqla maraqlandığını söyləyib.
Teleqraf.com xarici mətbuata istinadən bildirir ki, Automotive News adlı yayım qurumunda keçən həftə yer alan bir xəbərdən sonra çinlilərin “Fiat”ı satın almaq istədiyinə dair spekülasiya yeridilir.
Xəbərdə çinli bir istehsalçının bu ayın əvvəli FCA-ya satınalma təklifi etdiyini bildirildikdən sonra “Fiat”ın səhmləri kəskin yüksəlmişdi.
Great Wall Motors-un mətbuatla əlaqəli adıçəkilməyən nümayəndəsi “Röyter”ə zəng edərək “Bu məsələ ilə bağlı maraqlanırıq. Bu dəqiqə satınalma niyyətimiz var”, - deyə, bildirib.
Dünyanın yeddinci böyük avtomobil istehsalçısı FCA-nın CEO-su Sergio Marxionne məsələ ilə bağlı daha öncə bir açıalama vermişdi. Onun sözləinə görə, elektrikli maşın istehsalıyla bağlı xərclər artır. Bunun üçün də şirkətə ya ortaq, ya da tamamilə almaq istəyən tərəfdaş axtarılır.