24 Aprel 2014 18:06
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Şəmkir rayonunda üzümçülüyün inkişaf perspektivləri”, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.

Teleqraf.com-un məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən treninqdə kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, ekoloji təmiz üzüm məhsulları istehsalı müəssisələrinin təşkili, Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbir çərçivəsində mövcud və yeni ixrac bazarlarına çıxış imkanları, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər