22 Sentyabr 2017 08:09
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 20-də 58,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,84 dollar/barel çoxdur.

Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 20-də 58,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 20-də 54,24 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,02 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 20-də 57,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.


Müəllif: Teleqraf.com