Rusiyalı iş adamı Viktor Vekselberqin İsveçrə banklarındakı 1 milyard franklıq hesabları dondurulub.
Teleqraf.com “Forbes”ə istinadla xəbər verir ki, oliqarxın hesabları həm xüsusi, həm də dövlət bankları tərəfindən blok olunub.
Buna görə məhkəməyə müraciət etməyə hazırlaşan Vekselberqin eyni zamanda “Sulzer”, “OC Oerlikon” və “Schmolz + Bickenbach” başda olmaqla İsveçrənin ən böyük sənaye şirkətlərindəki fəaliyyəti də dayandırılıb.
Oliqarxa bu şirkətlərdəki hissələrini geri çəkməyə icazə verilmir.