14 Avqust 2014 14:21
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 251,7 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından Teleqraf.com-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 milyon manat və ya 9,9 faiz çoxdur.

2014-cü ilin ilk 7 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 78 milyon manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 9,1 milyon manat və ya 13,2 faiz çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 31 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyul aylarında 30 manat olub.

Naibə


Müəllif: