Cari ildə Azərbaycan Kolumbiyaya 8 min nar ağacı tingi ixrac edib.
Teleqraf.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov mətbuat konfransında deyib.
İ.Cümşüdov bildirib: "Kolumbiyada həmin tinglər Azərbaycan texnologiyası üzrə əkilib".
Xidmət rəhbəri daha sonra əlavə edib: "Azərbaycanda bitkiçilik sahəsində maddi-texniki baza ümumilikdə yaxşılaşır".