27 Sentyabr 2018 18:36
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsində milli valyutaların istifadəsi üçün imkanlar var. Hazırda biz bir neçə qrup məhsul üzrə ticarəti milli valyutalar üzrə həyata keçiririk.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya İqtisadi inkişaf nazirinin müavini Azər Talıbov deyib.

Onun fikrincə, bu işdə böyük potensial var: "Bu gün hər iki ölkədə bu cür hesablamaların həyata keçirilməsi üçün institusional mühit formalaşıb. Təbii ki, tərəflər bu məsələdə maraqlıdırlar. Bu cür əməkdaşlığın inkişaf etdirilməsi bizim planlarımıza daxildir.

Bu gün Azərbaycanda bir neçə Rusiya bankı təmsil olunur ki, onlardan BTB Bank daha aktivdir. Rusiyada isə Azərbaycan Beynəlxalq Bankı olan "MBA-Moskva" fəaliyyət göstərirdi. Biz hesablaşmaların milli valyutalarda həyata keçirilməsində böyük potensial görürük.

Azərbaycanla hesablaşmaların milli valyutada aparılmasına dair davamlı siyasət aparırıq".

Azərbaycanla ticarət dövriyyəsi və onun potensialının artırılmasına gəlincə, nazir müavini qeyd edib ki, bu ilin ilk 6 ayı ərzində Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilə nisbətən 10 faiz artıb:

"İlin son 6 ayında da daha 10 faiz artma gözləyirik. Ümumilikdə, sahibkarların fəaliyyətinə maneə yaradan bir sıra işlər üzərində işləyib onları aradan qaldırmalıyıq. Ümid edirik və əminik ki, ticarət dövriyyəsində qarşıya qoyduğumuz 15-20 faizlik artımı əldə biləcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər