3 Dekabr 2018 14:27
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi-konsul Batur Rejepov Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında keçirdiyi görüş zamanı bildirib.

İkitərəfli münasibətlərin son vaxtlar yüksələn xətlə inkişaf etdiyini vurğulayan Batur Rejepov noyabrın 21-22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində hər iki dövlət başçısı arasında müxtəlif sahələr üzrə imzalanan 21 müqavilənin ikitərəfli münasibətlərin gələcəyi üçün əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə Türkmənistanın Bakıda ticarət evinin açılmasına dair müzakirə aparılıb.

Diplomat bildirib ki, açılması planlaşdırılan ticarət evində Türkmənistan istehsalı olan müxtəlif çeşidli tekstil məhsullarının, əl xalçalarının satışı nəzərdə tutulub.

Batur Rejepov müvafiq sahə üzrə tərəfdaşların əməkdaşlığa cəlb edilməsi, ticarət evinin hüquqi rəsmiləşdirilməsi, ticarət evi üçün məkanın tapılması ilə bağlı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasından onlara dəstək verilməsini xahiş edib.

Diplomata ticarət evinin açılması ilə bağlı dəstək göstərəcəyinə söz verilib.


Müəllif: Səxavət