17 Mart 2019 21:53
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əvvəldən "OPEC plus" razılaşmasının ən fəal üzvlərindən biri olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, OPEC plus əməkdaşlığı uğurlu əməkdaşlıqdır.

Nazir iclasın Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib.

"Bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur. Hələ 2016-cı ilin yanvarında Azərbaycan Prezidenti qiymət sabitliyinə nail olmaq üçün Davos Forumunda belə bir əməkdaşlıq təşəbbüsünü irəli sürərək bildirib ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər