16 Sentyabr 2014 14:41
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana səfəri başlayıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər İranın rabitə və texnologiyalar naziri Mahmud Vaezinin dəvəti ilə baş tutub və iki gün davam edəcək.

Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinə ölkənin Xarici İşlər, Energetika, Nəqliyyat Nazirliklərinin, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri daxildir.

İranın “İRNA” xəbər agentliyinin yaydığı məlumata görə, Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə görüşəcək.

Bundan başqa, Azərbaycanın iş adamlarının da daxil olduğu nümayəndə heyətinin üzvləri “İranxodro” maşınqayırma kompleksi və səhiyyə sənayesi ilə tanış olacaqlar.

Naibə


Müəllif:

Oxşar xəbərlər