17 Mart 2020 09:58
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,77 ABŞ dolları, yaxud 11,4% azalıb.

Teleqraf.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 29,37 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

***

08:24

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 04:45-ə olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin bir barel üçün qiyməti 30,62 ABŞ dollarına qədər artıb.

Belə ki, bu markalı neft 3,38% bahalaşıb.

Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 3,55% artaraq 29,96 ABŞ dolları təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər