26 Aprel 2020 15:11
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bəzi ev heyvanlarının sayında artım, bəzilərində azalma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, ötən il iribuynuzlu mal-qara, qoyun və keçi, at və eşşəklər azalıb.

Atların sayı 68500 başdan 65200 başa, eşşəklərin sayı 30900 başdan 28000 başa düşüb. Ötən il 8.454.300 baş qoyun və keçi var idisə, bu il onların sayı 8.304.100 başa enib.

İribuynuzlu mal-qara (inək və camışlar) da 2.673.000 başdan 2.658.800 başa düşüb. Ölkədə fəaliyyət göstərən təsərrüfatlardakı donuzların sayı isə 4900 başdan 5500 başadək artıb.


Müəllif: Teleqraf.com