14 İyul 2020 18:05
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın texnologiya nəhəngi "Apple" dünyanın ən qiymətli şirkəti titulunu geri almağa yaxındır.

Teleqraf.com xəbər verir ki, “Apple” bu titulu cüzi fərqlə Səudiyyə Ərəbistanının milli neft istehsalçısı “Aramco”ya uduzub.

“Aramco” 2019-cu ilin dekabrında 1.7 trilyon dollarlıq bazar dəyərini xalqa təqdim etdikdən sonra “Apple” dünyanın ən qiymətli şirkəti adını itirib. Mart ayında “Aramco”nun bazar dəyəri “Apple”dən 500 milyard dollar qabaqda idi. Ancaq koronavirusunun yayılması qlobal neft tələbatını pozduğu üçün “Aramco” dəyər itirib.

Bu il "Aramco" neft şirkətinin səhmləri 5.5 faiz dəyər itirərək 1.78 trilyon dollara düşüb. “Apple” səhmlərinin dəyəri isə eyni dövrdə 32 faiz artaraq 1,70 trilyon dollara çatıb.

Qeyd edək ki, “Aramco” 3 milyardlıq səhminin 1.5% -ni 2019-cu ilin dekabrında xalqa təqdim etdi. Bununla da şirkət 25.59 milyard dollarıq rekord bir gəlir əldə etmişdi. Bir səhmin qiyməti 32 Səudiyyə rialı (8.53 dollar) olub. Səhm alqı-satqısı vəliəhd şahzadə Məhəmməd bin Salmanın Səudiyyə iqtisadiyyatını modernləşdirmək və onu neft asılılığından xilas etmək planının bir hissəsi idi.


Müəllif: Yeganə Oqtayqızı