21 Avqust 2020 10:39
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 1 milyon 106 minə çatıb.

Teleqraf.com xəbər verir ki, bu, ABŞ-ın Əmək Departamentinin həftəlik işsizlik müavinətləri barədə məlumatında yer alıb.

Bildirilir ki, ölkədə ilk dəfə işsizlik müavinətini tələb edənlərin sayı avqustun 15-də əvvəlki həftə ilə müqayisədə 135 min nəfər artıb.

Beləliklə, ABŞ-da martın 14-dən etibarən işsizlik müavinəti üçün müraciət edənlərin sayı ümumilikdə 57 milyonu keçib.

Qeyd edək ki, COVID-19 epidemiyası əmək bazarına təsir göstərib.

Nəticədə ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı martda 6 milyon 867 minə çataraq rekord səviyyəyə çatmışdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər