Dünya Bankı COVID-19 peyvəndi üçün 12 milyard dollarlıq maliyyə paketini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, vəsait inkişaf etməkdə olan ölkələrdə yeni növ koronavirus (COVID-19) peyvəndlərinin, test və müalicələrinin satın alınması, eləcə də paylanmasını maliyyələşdirmək məqsədilə ayrılıb.
Dünya Bankının icra heyətindən verilən açıqlamaya görə, bu maliyyələşdirmə 1 milyarda qədər insanın peyvəndlənməsinə dəstək olacaq.
Bildirilir ki, inkişaf etməkdə olan ölkələrdə vətəndaşlar təhlükəsiz və təsirli COVID-19 peyvəndlərindən istifadə etməlidir. Maliyyələşdirmə paketi ilə inkişaf etməkdə olan ölkələr beynəlxalq tərəfdaşlarla əlaqələndiriləcək və peyvəndlərin geniş miqyasda tətbiqinə hazırlıq üçün maliyyə və texniki dəstək veriləcək.
Dünya Bankının prezidenti David Malpass maliyyələşdirmə paketini şərh edib: "Təhlükəsiz və təsirli peyvəndlərlə gücləndirilimiş çatdırılma sistemlərinə yetişmək pandemiyanın gedişini dəyişdirməyin açarıdır. Dağıdıcı iqtisadi və maliyyə təsirləri yaşayan ölkələrin möhkəm bir canlanmaya doğru irəliləməsinə kömək edir”.