20 Oktyabr 2020 08:45
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəqəmsal valyutalar yerli hökumətlərin pul siyasəti aparmaq qabiliyyətini azalda bilər. Qanunsuz pul axınını asanlaşdıra və tənzimləyicilərin valyuta məhdudiyyətlərini və kapital axınını çətinləşdirə bilər”.

Teleqraf.com xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (BVF) "Sərhədlərarası rəqəmsal valyuta – makro və maliyyə təsirlər" adlı hesabatında yayımlanıb.

Hesabatda rəqəmsal texnologiyalardakı sürətli irəliləmənin həm daxili, həm də beynəlxalq əməliyyatlar üçün yeni rəqəmsal pul formalarını qəbuletmə ehtimalını artırdığı vurğulanıb.

Məruzədə qlobal miqyasda rəqəmsal valyutaların və sabit kriptovalyutaların qəbul edilməsi ilə məzənnə rəqabətinin daha uzun müddətdə risklərin bölüşdürülməsinə gətirib çıxara biləcəyi də qeyd edilib:

"Sərhədlərarası rəqəmsal valyutanın qəbulu risklər və siyasi problemləri də yanaşı gətirir. Xarici rəqəmsal valyutalar və sabit kriptovalyutalar valyuta əvəzlənməsi üçün təzyiqləri artıra bilər və valyuta uyğunsuzluğu səbəbindən zəiflikləri daha da pisləşdirə bilər. Bu, yerli hökumətlərin pul siyasətini aparmaq qabiliyyətini azalda bilər. Müvafiq tədbirlər olmadan, qanunsuz pul axınlarını asanlaşdıra, tənzimləyicilərin valyuta məhdudiyyətlərini və kapital axını idarəetmə tədbirlərini həyata keçirməsini çətinləşdirə bilər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər