Alman iqtisadiyyatı 2020-ci ildə Şərqi və Qərbi Almaniyanın birləşməsindən sonra ölkə iqtisadiyyatı ən böyük daralma ilə qarşılaşıb.
Teleqraf.com Almaniya Statistika İdarəsinin açıqladığı məlumata istinadən xəbər verir ki, Almaniya iqtisadiyyatı 2020-ci ildə 3,7 faiz azalıb, dördüncü rübdə isə 0,3 faiz böyüyüb.
Mövsümi tənzimlənməmiş ümumi daxili məhsul (ÜDM) məlumatlarına görə, ölkənin illik bazası 2,7 faiz daralıb, gözləntilər isə 2,9 faiz idi.
Dördüncü rübdə istehlak əvvəlki dövrlə müqayisədə 3,3 faiz azalıb, müvafiq dövrdə kapital qoyuluşları isə 1 faiz artıb.
Almaniya Mərkəzi Bankı (Bundesbank) COVID-19 epidemiyasının yayılmasının qarşısını alan məhdudiyyətlər səbəbindən ölkə iqtisadiyyatının birinci rübdə daralacağını, ikinci rübdə xəstələrin sayının azalması və vaksinasiyanın sürətlənməsindən sonra bərpa olunacağını bildirmişdi.
Almaniyanın aparıcı göstəricilərindən biri olan fabrik sifarişləri də dekabr ayında əvvəlki aya nisbətən 1,9 faiz azalıb.