24 Mart 2021 01:39
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər Çinlə illik 2 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) satışını əhatə edən 10 illik müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qətərə məxsus “Qatar Petroleum” açıqlama yayıb.

Məlumata görə, LNG satış və tədarükü üzrə saziş Çinin “Sinopec Group” şirkəti ilə imzalanıb.

Qətərdən Çinə LNG tədarükü 2022-ci ilin yanvarına qədər başlayacaq.

Qeyd edək ki, Qətər 2009-cu ilin sentyabrında Çinə LNG ixracına başlamışdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər