“ABŞ-da “Tesla” markalı avtomobilləri bitkoinlə satın ala bilərsiz. Digər ölkələrdə də bu tətbiq daha sonra başlayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu “Tesla” şirkətinin icraçı direktoru İlon Mask “Twitter” hesabından açıqlayıb.
Mask bildirib ki, "Tesla” ödənişlərində istifadə olunan bitkoin başqa bir valyutaya çevrilməyəcək, bitcoin olaraq istifadə ediləcək: “Əməliyyatlar açıq mənbə proqramı vasitəsi ilə həyata keçiriləcək. Hazırda yalnız ABŞ-la məhdudlaşan bitkoin tətbiqinin gələcəkdə digər ölkələrə də yayılması planlaşdırılır”.
Qeyd edək ki, keçən ay “Tesla” 1,5 milyard dollar dəyərində bitkoin aldığını və tezliklə bu kroptovalyutada ödəniş qəbul edəcəyini açıqlamışdı. Bu açıqlamadan sonra bitkoin sürətlə yüksəldi.