Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) yerli sığorta bazarının inkişafı və stimullaşdırılması ilə bağlı hazırladığı 3 illik strategiya təsdiqlənib.
ASA-dan Teleqraf.com-a verilən məlumata görə, 2021-2023-cü illəri əhatə edən və yerli sığorta bazarında həllini gözləyən prioritet istiqamətlərə hədəflənmiş strategiya Assosiasiyanın Müşahidə Şurası tərəfindən təsdiqlənib.
8 strateji hədəfdən ibarət strategiyada növbəti mərhələdə sığorta sektorunda infrastrukturun təkmilləşdirilməsi, sektorda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi, sığorta savadlılığının artırılması ilə sığorta mədəniyyətinin formalaşdırılması, sığorta sektorunda beynəlxalq əməkdaşlıq layihələrinin genişləndirilməsi, yerli sığorta bazarı iştirakçıları ilə birgə korporativ sosial məsuliyyətin gücləndirilməsi kimi istiqamətlər yer alıb.