Qazaxıstanın ardınca Rusiya da 3 ay müddətinə avtomobil benzininin ixracına məhdudiyyət qoyub.
Teleqraf.com xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
O bildirib ki, Rusiyada və Qazaxıstanda illərdir yanacaq qıtlığı müşahidə edilir: “Hesab edirəm ki, bu qərar öz təsirini Qırğızıstan, Tacikistan və Özbəkistan bazarında göstərəcək. Ermənistan elə bir ciddi problemlə üzləşməyəcək. Onsuz da Ermənistanın yanacaq sürtgü materialları bazarına İrandan lazımi həcmlərdə açıqrəngli neft məhsulları daxil olmaqdadır. Bazar iştirakçılarının verdiyi məlumata görə, İrana məxsus avtobenzin və dizel yanacağının qiyməti daha ucuzdur, nəinki Rusiya yanacağının”.