ABŞ "Şimal axını-2" qaz kəməri layihəsində iştirak edən Rusiya şirkətlərinə və gəmilərinə qarşı yeni sanksiyaların tətbiq edib.
Teleqraf.com xəbər verir ki, qərarı ABŞ Maliyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Rusiya Xilasetmə Xidməti, Dəniz Nəqliyyat Xidməti, Samara İstilik Enerji Əmlak Fondu adlı şirkətləri, eləcə də bir neçə gəmisi sanksiya siyahısına daxil edilib.