Avtomobil sənayesindəki çip böhranına baxmayaraq, “Hyundai”ın satışları may ayında qlobal tələbin canlanması ilə 40 faizdən çox artıb.
Teleqraf.com xəbər verir ki, “Hyundai Motor” keçən ay qlobal miqyasda 323 min 129 ədəd avtomobil satıldığını və bunun illik 42,7 faiz artım göstərdiyini açıqlayıb.
Cənubi Koreya xaricində satışlar illik müqayisədə 67,7 faiz artaraq 261 min 73-ə çatıb. Cənubi Koreyada satışlar illik müqayisədə 12,4 faiz azalaraq 62 min 56-ya düşüb.
May ayında “Kia”nın qlobal satışları illik müqayisədə 49,2 faiz artaraq 245 min 994 ədəd olub. Koreyanın xaricindəki satışlar 74,2 faiz artaraq 198 min 93 ədədə çatıb.