İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rezayi ABŞ-ın sanksiyaları səbəbilə qeyri-qanuni yollarla neft satdıqlarını və bunun müqabilində aldıqları pulu gizli şəkildə ölkəyə gətirdiklərini bildirib.
Teleqraf.com xəbər verir ki, yerli mətbuata danışan Rezayi ABŞ rəhbərliyinin 3 ildir hüquqi əsas olmadan İranı iqtisadi blokadaya saldığını açıqlayıb.
“Neftimizi qeyri-qanuni yollarla satırıq və müqabilində aldığımız dolları məzənnənin yüksəlməməsi üçün ölkəyə gizli şəkildə gətirmək məcburiyyətində qalırıq” - deyə, İran rəsmisi qeyd edib.
Daxili sanksiyaların xarici sanksiyalardan daha təhlükəli olduğunu deyən Rezayi sahibkarların və gənclərin yolunu kəsən maneələri aradan qaldırmağa çalışdıqlarını da bildirib.