31 Dekabr 2021 17:12
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2021-ci ilin məlumatlarına görə, Türkiyə Avropada ən çox investisiya qoyulan ölkələr arasında 10-cu yerə yüksəlib, İstanbul isə ən çox investisiya edilən 7-ci şəhər olmağı bacarıb".

Teleqraf.com xəbər verir ki, bunu İstanbul Medipol Universiteti Humanitar və Sosial Elmlər Fakültəsi müəllimi, professor Faiq Tanrıqulu deyib.

Professor deyir ki, Avropa ölkələri ilə müqayisədə Türkiyənin gənc və dinamik bir əhali resursu var: “Yeni nəsil texnologiya şirkətləri sayəsində Türkiyədə qurulan oyun və proqram təminatı sahəsində ənənəvi iqtisadiyyat müəssisələri rolunu dəyişir. “Getir”, “Hepsiburada”, “Peakgames” və “Trendyol” kimi yeni nəsil şirkətlər həm investisiyalar, həm də xaricdən satın almalarla Türkiyənin ən dəyərli şirkətləri olmağı bacarıblar. “Trendyol” isə 10 milyard dollardan çox investisiya ilə Türkiyənin ilk dekakornu oldu”.

Faiq Tanrıqulu 2021-ci ildə Türkiyədə sahibkarlıq ekosistemi ilə bağlı gözəçarpan inkişaflar haqqında da məlumat verib: “Türkiyənin sahibkarlıq ekosistemində 2021-ci il startaplara ən çox sərmayənin edildiyi il olaraq tarixə düşdü. Qlobal İnnovasiya İndeksində tarixin ən yüksək səviyyəsini 10 pillə yüksəldərək 41-ci sırada oldu. Eyni zamanda 2021-ci ilin mühüm nailiyyətlərindən biri Türkiyənin yeni peyki “Türksat 5B”nin kosmosa buraxılması ilə damğasını vuran məsələlər arasında idi”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər