28 Yanvar 2022 13:31
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda valyuta satışlarında azalma müşahidə olunur, düşünürəm ki, əhalimizin milli valyutaya inamı artıb".

Teleqraf.com xəbər verir ki, bunu mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

O bildirib ki, cari ildə də manatın məzənnəsi sabit olacaq və dayanıqlılığı qorunub saxlanılacaq.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 6 milyard 688 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu, 2020-ci illə müqayisədə 8,4 % azdır.

Təkcə dekabr ayında ARDNF-in valyuta satışının məbləği 989,1 milyon ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ilin dekabr ayına nisbətən 55,1 % çoxdur.

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2022-2025-ci illər üçün manatın dollara nisbətən orta məzənnəsini 1,7AZN/1 ABŞ dolları səviyysində proqnozlaşdırır.

“Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 ABŞ dolları/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq, valyuta bazarında hökumətin mütəmadi müdaxilələri buna imkan yaradır”, - agentlik qeyd edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər