2021-ci ildə Avropa İttifaqında (Aİ) elektrik və müxtəlif hibrid avtomobillərin ümumi bazarda payı 37,6 faizə çatıb.
Teleqraf.com xəbər verir ki, məlumat Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) ötən ildə Aİ ölkələrində yanacaq növləri üzrə yeni avtomobil satış məlumatlarını ehtiva edən araşdırmada dərc edilib.
Müvafiq olaraq, 2021-ci ildə Aİ ölkələrində satılan avtomobillərin 40 faizi benzin, 19,6 faizi dizel, 19,6 faizi hibrid, 9,1 faizi elektrik (BEV), 8,9 faizi plug-in hibrid (PHEV), 2,3 faizi digər alternativ yanacaq və 0,4 faizi təbii qaz olub.
Benzin avtomobil satışı 7,8 faiz azalaraq 3 milyon 885 min 432 ədəd təşkil edib.
Dizel avtomobillərinin satışı əvvəlki illə müqayisədə 31,5 faiz azalaraq 1 milyon 901 min 191 ədədə düşüb.
Hesabat dövründə hibrid avtomobilin satışı 60,5 faiz artaraq 1 milyon 901 min 239 ədədə, plug-in hibrid avtomobillərin (PHEV) satışları isə 70,7 faiz artaraq 867 min 92 ədədə çatıb.
Elektrikli avtomobillərin (BEV) satışı isə 63,1 faiz artaraq 878 min 432 olub.
Beləliklə, elektrik, hibrid və plug-in hibrid avtomobillərin ümumi satışdakı payı 2020-ci ildəki 22,4 faiz səviyyəsindən 2021-ci ildə 37,6 faizə yüksəlib.