Ötən həftə ərzində Rusiyanın beynəlxalq valyuta ehtiyatları daha 800 milyon dollar azalıb. Teleqraf.com-un məlumatına görə, bu əhəmiyyətli məbləğ rublun mübadilə kursunun saxlanılmasına xərclənib.
Rusiyanın qızıl-valyuta ehtiyatları 2014-cü ildə noyabrın 7-dən 14-dək 420,6 milyard dollara qədər azalıb ki, bu da ötən həftə ilə muqayisdə 800 milyon dollar daha az göstəricidir.
Teleqraf.com-un məlumatına görə, sonuncu dəfə valyuta ehtiyatlarının həcmi belə aşağı səviyyəyə 9 oktyabr 2009-cu il tarixində düşmüşdü. O zaman Rusiyanın beynəlxalq valyuta ehtiyatları 418,7 milyard təşkil edirdi.
Mərkəzi Bankın məlumatına görə, 7 noyabr 2014-cü il tarixində beynəlxalq ehtiyatların həcmi 421,4 milyard həcmində qiymətləndirilirdi. Beləliklə, bir həftə ərzində bu göstərici 0,19% azalıb.
2014-cü ilin başlanğıcında Rusiyanın qızıl-valyuta ehtiyatlarının həcmi 509,595 milyard dollar həcmində qiymətləndirilirdi. Son hesablamalar göstərir ki, 10-11 ay ərzində rəsmi Moskvanın valyuta ehtiyatları, faktiki olaraq, 90 milyard dollar azalıb.