Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən son 10 ayda 1471,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə 4,5 faizlik artım əldə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin müəssisələri tərəfindən istehsal edilmiş məhsulların həcmi 5,4 faiz artaraq 187,5 milyon manat təşkil edib.