2022-ci ilin iyul ayında Türkiyədə illik inflyasiya 79,6 faiz təşkil edib.
Teleqraf.com xəbər verir ki, Türkiyə G-20 ölkələri liqasında ən yüksək inflyasiyaya malik ölkə adını alıb.
G-20 ölkələrində ən son inflyasiya dərəcələrini təqdim edirik:
Səudiyyə Ərəbistanı: 2,3%, Yaponiya: 2,4%, Çin: 2,5%, İndoneziya: 4.9%, Avstraliya: 6,1%, Fransa: 6,1%, Cənubi Koreya: 6,3%, Hindistan: 7%, Cənubi Afrika: 7,4%, Almaniya: 7,5%, İtaliya: 7,9%, Meksika: 8%, Kanada: 8,1%, Avrozona: 8,9%, ABŞ: 9,1%, İngiltərə: 9,4%, Braziliya: 11,9%, Rusiya: 15,9%, Argentina: 58,8%, Türkiyə: 79,6%.
Qeyd edək ki, G20, yaxud Böyük İyirmilik – dünyanın ən böyük iqtisadiyyatına malik 21 ölkəsindən və Avropa İttifaqından ibarətdir. 1999-cu ildə yaradılıb. G20 tədbirlərində yalnız üzv dövlətlər deyil, dəvət olunan dövlətlər də iştirak edir.