13 Sentyabr 2022 17:53
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin 2019-cu il yanvarın 1-dən 2022-ci il mayın 1-dək olan dövr üzrə fəaliyyətində maliyyə nöqsanlarına yol verildiyi, ezamiyyə xərcinin artıq yazılaraq ödənildiyi, eləcə də nəqliyyat vasitələri üçün normadan artıq yanacağın silindiyi, idarənin balansında olan obyektlərdə əsaslı və cari təmir işlərinin dəyərlərinin artırılması hesabına podrat təşkilatlara artıq vəsaitlərin ödənildiyi aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nəzarət tədbirləri zamanı, həmçinin, Bakı, Sumqayıt, Gəncə Apellyasiya Məhkəmələrində, Təhsil Nazirliyinin 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində, Xaçmaz Rayon İcra Hakimiyyətinin Qusarçay Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, Oğuz Rayon İcra Hakimiyyətinin Muxas Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində və Tərtər Rayon İcra Hakimiyyətinin Kəngərli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində aşkar olunan artıq və əsassız ödənişlərin dövlət büdcəsinə bərpası və nöqsanlara yol verən vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməklə cərimə olunması təmin edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər