17 Sentyabr 2022 23:10
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Adani Group”un qurucusu, hindistanlı iş adamı Qautam Adani “Bloomberg” Milyarderlər İndeksində ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un qurucusu Ceff Bezosu geridə qoyaraq dünyanın ikinci ən varlı adamı olub.

Teleqraf.com xəbər verir ki, Bezosun sərvəti Nyu-York vaxtı ilə saat 22:38-də 145,8 milyard dollara enib.

Bundan sonra Adani 146,9 milyard dollar sərvəti ilə siyahıda ikinci yerdə qərarlaşıb. Birinci yerdə isə 260 milyard dollarlıq sərvətlə “Tesla” və “SpaceX”in qurucusu İlon Mask qərarlaşıb.

Analitiklər sərvət reytinqindəki dəyişikliyin qısamüddətli ola biləcəyini və bu il 26 faizdən çox ucuzlaşan “Amazon” səhmləri ilə bağlı olduğunu düşünürlər.

“Bloomberg” Milyarderlər İndeksində ilə 14-cü mövqedən başlayan və zənginlər siyahısına sürətlə yüksələn Adani tərəfindən qurulmuş “Adani Enterprises Ltd.”nin səhmləri bu həftə rekord həddə yüksəlib. Digər tərəfdən, “Adani Group”a daxil olan şirkətlər 2020-ci ildən bəri 1000 faizdən çox böyüyüb.

Fevral ayında Asiyanın ən varlı iş adamı olan hindistanlı milyarder Mukeş Dxirubxay Ambanini keçən il Adani, son iki ayda Bill Qeyts və fransalı Bernard Arnonu da taxtdan salıb. Bu inkişafı ilə bir asiyalı iş adamı ilk dəfə olaraq ABŞ texnologiya sahibkarlarının üstünlük təşkil etdiyi sərvət indeksinin zirvəsində dayanır.


Müəllif: Yeganə Oqtayqızı