1 Oktyabr 2022 21:37
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baltik dənizində “Şimal axını” qaz kəməri sistemindən böyük sızıntı qəsdən atılan addımdır və insidentlə bağlı Rusiyanın bəyanatlarına etibar etmək olmaz”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib.

Bayden faktı qəsdən baş vermiş təxribat aktı adlandırıb: “Nə baş verdiyini dəqiq başa düşmək üçün müttəfiqlərimizlə birgə işləyirik. Göstərişimlə müttəfiqlərimizin bu kritik infrastrukturun qorunmasını yaxşılaşdırmağa başladıq”.


Müəllif: Yeganə Oqtayqızı