Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın enerji şirkəti “Qazprom”un prezidenti Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyətini Vahdettin malikanəsində qəbul edib.
Teleqraf.com xəbər verir ki, keçirilən görüşdə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez də iştirak edib.
Bildirilib ki, görüşdə Rusiya təbii qazının Türkiyə istehlakçılarına çatdırılması ilə bağlı məsələlər, o cümlədən Türkiyədə təbii qaz paylama mərkəzinin yaradılması imkanları müzakirə olunub.