10 Mart 2023 19:56
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin fevral ayında Türkiyədə 151 416 daşınmaz əmlak alqı-satqı əməliyyatı həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, məlumatı Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Torpaq Reyestri və Kadastr Baş İdarəsi açıqlayıb.

Bildirilir ki, 151 min 416 daşınmaz əmlak satışı əməliyyatlarında 3 milyard 591 milyon 484 min 24 lirə sənəd haqqı gəliri əldə edilib.

Alqı-satqı əməliyyatlarının 60 min 426-sı yaşayış yeri, 26 min 247-si torpaq, 46 min 720-si əkin sahəsi, 6 min 372-si iş yeri, qalanını isə digər daşınmaz əmlakın satışı təşkil edib.

2023-cü ilin fevral ayında 249 min 852 daşınmaz əmlak satılıb ki, bu da cari ilin yanvar ayı ilə müqayisədə 39 faiz azdır.

Ən çox satış əməliyyatı həyata keçirən ilk 10 şəhər arasında İstanbul 19 min 710 satışla birinci olub.


Müəllif: Yeganə Oqtayqızı