28 Dekabr 2014 22:09
866
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hazırda Azərbaycanın regionlarının baş planları hazırlanır. Həmin sənədlərin olmaması şəhərsalma işində müəyyən problemlər yaradır.

Teleqraf.com-un məlumatına görə, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bununla bağlı bildirib ki, şəhərsalma və tikintidə əsas diqqət şəhərsalma-planlaşdırma sənədlərinə yönəlməlidir. Bu siyahıya ümumi, baş və müfəssəl planlar daxildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində bu aktual məsələ artıq öz əksini tapıb. İnstitutun rəhbəri bildirib ki, şəhərsalmaya dair sənədlər hazırlanarkən MDB ölkələrinin və Avropa dövlətlərinin qabaqcıl təcrübəsi nəzərə alınır.

Onun sözlərinə görə, baş plan çoxpilləli bir prosesdir. Şəhərsalma sənədləri isə onun bir qoludur və tərtib olunarkən digər qanunlar və normativ aktlarla uyğunlaşdırılır.

İ.İsbatov, həmçinin vurğulayıb ki, zaman keçdikcə ölkənin inkişafına uyğun olaraq tələblər də dəyişir. İstənilən halda məcəllədə nəzərdə tutulan bütün müddəalar mütləq qaydada yerinə yetirilməlidir.

Müəllif: