30 Mart 2023 14:38
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibə, inflyasiya, bir çox şey iqtisadiyyatı ölüyə çevirib. Daha böyük inflyasiyaya doğru gedirik. Mərkəzi banklar bunu dayandırmağa çalışır, lakin nəticələr çox da yaxşı deyil. Çünki bazar hələ də dalğalanır”.

Teleqraf.com xəbər verir ki, bunu məşhur investor Cim Rogers deyib.

Rogers pul siyasətlərində qeyri-müəyyənliyin gələcəkdə də davam edəcəyini proqnozlaşdırıb: “Mərkəzi banklar problemi həll etdiklərini düşünürlər, amma elə deyil. İnflyasiya geri qayıdacaq, yenidən faiz dərəcələrini artırmalı olacaqlar. Doğru addım doğru zamanda atılmalıdır”.

İnvestor qeyri-müəyyənlik mühitində öz pulunun dəyərini necə qoruduğu haqqında da məlumat verib: “Deyə bilərəm ki, bir az gümüşə sərmayə qoymuşam, bir az da qızılım var. Düşsə, daha çox əmtəə alacam. Çünki inflyasiya baş verəndə bahalaşan əşyalara sahibsinizsə, siz pul qazanırsınız və özünüzü qoruyursunuz. İnflyasiya olanda əmtəə qiymətləri qalxır. Deməli, əmtəə özümü qorumaq və inflyasiya geri qayıdanda pul qazanmaq üçün investisiya qoyduğum yerdir”.

Cim Rogers vəziyyətin ciddi olduğuna diqqət çəkib: “Növbəti bank böhranı daha pis olacaq. Bu, baş verəcəklərin başlanğıcıdır. Çünki faiz dərəcələri həddindən artıq aşağı olanda bir çox banklar, bir çox ölkə və şirkətlər havayı pullarla səhvlərə yol verdi. Problemlər üst-üstə yığılır və növbəti bank böhranı daha pis olacaq. Narahat olmalısınız...”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər