Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,40 ABŞ dolları, yaxud 2,75 % azalaraq 85,02 ABŞ dolları təşkil edib.
Teleqraf.com xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 79,54 ABŞ dolları təşkil edib.