28 Noyabr 2023 16:34
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyi Elm və Təhsil Nazirliyi ilə birgə orta təhsil müəssisələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri aparacaq.

Teleqraf.com “Azəriqaz”a istinadla xəbər verir ki, son dövrlər təbii qazdan təhlükəsiz istifadə ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən məlumatların paylaşılmasına baxmayaraq, hələ də neqativ hallara rast gəlinir.

Görülən zəruri tədbirlərə və nəzarətə baxmayaraq belə hadisələrin baş verməsi narahatlıq doğurur. Elə bu məqsədlə dekabr ayından etibarən təhsil müəssisələrinin 5, 6 və 7-ci sinif şagirdləri arasında təbii qazdan təhlükəsiz istifadə olunması, mənzillərdə qaz iyi hiss etdikdə görülməsi vacib olan tədbirlər və hamam otaqlarında dəm qazından qorunma yolları barədə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur. Bunun üçün hər iki qurumun mütəxəssislərindən ibarət qrup yaradılacaq.

Layihənin həyata keçirilməsində məqsəd şagirdlərə “mavi yanacaq”dan və qaz cihazlarından düzgün istifadənin aşılanmasıdır. Həmçinin, valideyn nəzarəti olmadan qaz cihazlarından istifadənin təhlükəli olması fikrini azyaşlı uşaqlarda formalaşdırmaqdır.


Müəllif: Yeganə Oqtayqızı