18 Fevral 08:42
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar ayında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 0,43 faiz artaraq 3 milyon 269,1 min ton olub.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, nəqletmənin 76 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmərlə neft nəqli 1,87 faiz azalaraq 2 milyon 486,1 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,7 faizini və ya 2055,3 min tonunu Azərbaycanda hasil edilən neft, 17,3 faizini və ya 430,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər