Dünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyəti ilə bağlı hesabatına əsasən, ölkəmiz yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdə qərarlaşaraq beynəlxalq səviyyədə yüksək qiymətləndirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.
Hesabata əsasən qeyd olunub ki, Azərbaycan yol infrastrukturunun keyfiyyəti üzrə MDB dövlətləri arasında birinci yerdə qərarlaşıb.