2024-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinq göstəriciləri açıqlanıb.
Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, hesabat dövründə “SOCAR Polymer” MMC-nin ixracı azalıb.
Belə ki, şirkət 2024-cü ildə 237,6 milyon dollarlıq məhsul ixrac edib. Bu rəqəm 2023-cü ilə nisbətən 19,92 faiz, yəni, 59,1 milyon dollar azalıb.
Qeyd edək ki, “SOCAR Polymer” MMC polipropilen (PP) və polietilen istehsal edir və əsas ixrac prioriteti Türkiyə bazarıdır.