İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin nizamnaməsi təsdiq edilib.
Teleqraf.com xəbər verir ki, məsələ parlamentin bugünkü iclasında müzakirə olunub.
Qeyd olunub ki, bu təşəbbüs dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yeni imkanlar yaradır.
Bildirilib ki, Təmiz Enerji Mərkəzinin yaradılması iqlim məsələləri yönündə müsbət nəticələrə gətirib çıxaracaq.
Həmçinin vurğulanıb ki, Azərbaycan İƏT Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək.