13:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara dəniz sualtı kabel layihəsi üzrə yaradılmış “Green Energy Corridor Power Company” (GECO POWER COMPANY) birgə şirkətinin Buxarest şəhərində qeydiyyat prosesi uğurla başa çatıb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Şirkət layihədə iştirak edən Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın tərəfdaş operatorları arasında yaradılıb. Birgə müəssisənin təsisçiləri “AzərEnerji” (Azərbaycan), “Georgian State Electrosystem” (Gürcüstan), MVM (Macarıstan) və “Transelectrica” (Rumıniya) şirkətləridir.

Hazırkı mərhələdə birgə müəssisə yaşıl enerji dəhlizi layihəsi çərçivəsində elmi-tədqiqat və layihələndirmə işləri ilə məşğul olacaq.

Qeyd edək ki, birgə müəssisənin yaradılması haqqında memorandum Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nümayəndələri arasında 25 iyul 2023-cü il tarixində imzalanıb.

Xatırladaq ki, Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi ilə bağlı strateji tərəfdaşlıq sənədi 2022-ci ilin dekabrın 17-də Buxarestdə imzalanıb. Layihənin 2030-cu ilədək başa çatdırılması planlaşdırılır.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər