Ötən il dövlət qeydiyyatından keçmiş fərdi sahibkar Süleymanova Göhər Süleyman qızı 2024-cü ildə 51,8 milyon dollarlıq məhsul ixrac edib.
Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, Göhər Süleymanova qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda 5-ci yeri tutub.
O, ixrac məbləğinə görə, gümüş və mis istehsalçısı “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi, şəkər tozu istehsalçısı “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, siqaret istehsalçısı "Tabaterra" QSC, fındıq emalı və ixracatçısı “Khan-El” MMC və süd məhsulları istehsalçısı “Atena” Məhdud Məsuliyyətli Cəmiyyətini geridə qoyub.
Süleymanova Göhər Süleyman qızı 2024-cü ilin fevralnda vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınıb və hüquqi ünvanı Yevlax rayonu, Qaraməmmədli kəndidir.
Sahibkarın hansı məhsulları ixrac etdiyi açıqlanmayıb.